Kamerunda gecə klubundakı yanğında 17 nəfər ölüb
Kamerunun paytaxtı Yaunde şəhərindəki gecə klubunda baş verən yanğın zamanı 17 nəfər həlak olub.
Yerli mətbuatın məlumatına görə, 14 nəfər yerindəcə ölüb. Daha bir neçə yaralı isə Yaunde şəhərinin mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəfat edib.
Ölənlər arasında Səhiyyə Nazirliyinin şöbə müdiri də olub.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş