Gəncədə 38 yaşlı qadını avtomobil vurub

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü G.Axundovanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}