Əsas Səhifə > Hadisə > Gəncədə 38 yaşlı qadını avtomobil vurub

Gəncədə 38 yaşlı qadını avtomobil vurub


18-01-2022, 23:33
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü G.Axundovanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt