İsmayıllı rayonunun Qalacıq kəndində I Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən bulağın açılışı olub
Şəffaflıq.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Mərasimdə çıxış edən rayon rəhbəri şəhidlərin ailə üzvlərinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə I Qarabağ müharibəsi şəhidlərinin qanlarının yerdə qalmadığını qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Daha sonra Qalacıq kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Şəhidlərin ailə üzvləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini ifadə ediblər.
Dəyanət İsmayılov.
Facebook-da paylaş