ABŞ ictimaiyyətinin yalnız üçdə birinin prezident Co Baydenin fəaliyyətindən razı qaldığını üzə çıxarıb.

 

ABŞ-da aparılan sorğu ictimaiyyətin yalnız üçdə birinin prezident Co Baydenin fəaliyyətindən razı qaldığını üzə çıxarıb.

Şəffaflıq.az  xəbər verir ki, "Quinnipiac" Universiteti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, Baydenə ictimai dəstəyin azalması davam edir.
Respondentlərin 33 faizi Baydenin prezidentlikdəki çıxışını bəyəndiklərini bildirib.
Sorğuda iştirak edən Demokratların 75 faizi Baydenin fəaliyyətindən razı qaldıqlarını bildirsə də, müstəqil seçicilərin yalnız 25 faizi Baydenin performansını bəyəndiyini bildirib.
İştirakçıların 57 faizi Baydenin iqtisadi göstəricilərindən, 54 faizi xarici siyasətindən, 55 faizi isə "COVİD-19"la mübarizəsindən razı olmadığını bildirib.
Bayden administrasiyası son zamanlarda artan benzin qiymətləri, son 39 ilin zirvəsindəki inflyasiya və "COVİD-19" hadisələrinin ən yüksək səviyyəsi və sorğularda dəstəyi itirməsi səbəbindən tez-tez tənqid olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}