Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq
Şəffaflıq.az xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin olunub.
M.Saakaşvili prosesdə iştirak edəcək. O, bu barədə ötən gün yaydığı müraciətdə bildirib.
Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı daha 4 nəfər saxlanılıb. M.Saakaşvili hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, bura dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından köçürülüb.
Facebook-da paylaş