Əsas Səhifə > REGİON > Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq
Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq13-01-2022, 09:36 |
Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin olunub. M.Saakaşvili prosesdə iştirak edəcək. O, bu barədə ötən gün yaydığı müraciətdə bildirib. Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı daha 4 nəfər saxlanılıb. M.Saakaşvili hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, bura dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından köçürülüb. Geri qayıt |