Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı iğtişaşlar zamanı xəsarət alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.
Qazaxıstan FHN-in rəsmi nümayəndəsi Talqat Ualiyə bildirib ki, son günlər ərzində üsyançılar yanğınsöndürən maşınlara 33 dəfə hücum ediblər. Nəticədə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası sıradan çıxıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri 75 yanğını söndürüb, 143 nəfər yanğından xilas edilib və təxliyə edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}