Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb.
Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb.
Şəffaflıq.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş
Facebook-da paylaş