Binəqədidə mənzildən qadın meyiti aşkarlandı

 Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən Şəffaflıq.az xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Adıgözəlova Lalə Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}