27 dekabr 2021-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü "Davam" Gənclər Hərəkatının dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün şənlik təşkil olunmuşdur.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri, müharibə veteranları iştirak etmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açmış, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını və onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirmişdir.
Daha sonra uşaqlar üçün bir neçə əyləncəli oyunlar təşkil olunmuş, yeni ilin rəmzi olan şaxta baba uşaqlara hədiyyələr təqdim etmişdir.