Qırğızıstan Daxili Qoşunlarının komandanı tutulub

 Qırğız Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov paytaxt Bişkekdə saxlanılıb.
Şəffaflıq.az 24.kg-yə istinadən xəbər verir ki, məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Bildirilib ki, əməliyyatı ölkənin Hərbi Prokurorluğunun əməkdaşları həyata keçirib.
“İslambek Kenjekulov Daxili Qoşunlarda maliyyə vəsaitinin mənimsənilməsi maddəsi üzrə açılan cinayət işi üzrə tutulub. 48 saat ərzində onun barəsində qətimkan tədbiri seçiləcək”, - agentlik bildirib.
Bildirilib ki, bir müddət əvvəl Hərbi Prokurorluq tərəfindən Daxili Qoşunlarda vəzifəli şəxslərin maliyyə vəsaiti mənimsəməsi faktı üzrə cinayət işi başlanılıb. Şəxsi heyətə ərzaq və əşyaların alınması üçün nəzərdə tutulan pullar qanunsuz olaraq saxta şirkətlərin hesablarına köçürülüb. Dəyən ziyan 33 milyon 946 min 866 somdur (təxminən, 400 min ABŞ dolları).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}