İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub.
Şəffaflıq.az xəbər verir ki, səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib. E. Məmmədov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib. İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub. Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.
Xəbəri paylaş
Facebook-da paylaş