Əsas Səhifə > Region / Cəmiyyət > İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib

İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib


15-12-2021, 19:28
 AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub.

 Şəffaflıq.az xəbər verir ki, səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib. E. Məmmədov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib. İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub. Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.




Geri qayıt