Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib

 Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub.
Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib. Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}