Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub

Salyan rayonunda “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Şəffaflıq.az-ın məlumatına görə, o, rayonun Sarvan kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Vasif Ağahüseyn oğludur.
Qeyd edək ki, rayonun Seyidsadıqlı kəndində qeydə alınan qəzada daha bir nəfər - Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}