Tovuzdakı yol qəzası ilə bağlı cinayət işi başlanıldı
"Report"un Qərb Mərkəzinin məlumatına görə, aprelin 29-u saat 18 radələrində rayonun Xatınlı kənd yolunda hərəkətdə olan 60-BT-951 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 3 nəfər - Tovuz rayon Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu, onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xatınlı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Onlar hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ağır xəsarət alan T.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılardan İ.Alıyevə ilkin tibbi yardım göstərilib və hazırda müalicəsini davam etdirmək üçün evə buraxılıb. Digər xəsarət alan A.Yusifovun isə müalicəsi xəstəxanada davam edir. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sheffafliq.az
Facebook-da paylaş