Azərbaycanda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Endokrinologiya, Diabetologiya və Trapevtik Tlimat Assosiasiyasının sədri Valeh Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycanda hazırda 1 milyon 800 min prediabetik dövrdə olan xəstə var: "Beləliklə, ölkədə 2 milyon 400 min diabet və prediabetik dövrdə olan xəstə var. Bu faktiki Azərbaycan əhalisinin 24 faizidir. Şəkərli xəstələrdə tez-tez təzyiq, ürək çatışmazlığı və insult olur. Şəkərli diabet və prediabet özü ilə ölkəmizə böyük problemlər gətirir".
V.Kərimov qeyd edib ki, hazırda şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunan sovet sistemi işləmir: "Bu sistem xroniki xəstəliklərə işləmir və onu dəyişdirmək lazımdır".
Facebook-da paylaş