İsmayıllıda “Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği” adlı layihə həyata keçirilib

 4-5 dekabr tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gələcəyə Doğru Gənclərin İnkişafı İctimai Birliyinin  "Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği" adlı layihəsi həyata keçirilib.
Şəffaflıq.az xəbər verir ki,Heydər Əliyev Mərkəzində baş tutan layihənin məqsədi gənclərin öz bizneslərini quraraq məşğulluq səviyyəsinin artırılmasında onlara dəstək olmaqdır.
Təlimlərin ilk günündə iştirakçılara biznes ideyanın yaranması, marketinq, digital marketinq istiqamətində təlimlər, ikinci günündə isə elektron ticarət, Amazon FBA istiqamətində təlimlər keçirilib. Layihə çərçivəsində iştirakçılar komandalara ayrılaraq real biznes qurmaq istiqamətində təqdimatlar hazırlayaq çıxışlar ediblər.
Sonda hər bir iştirakçıya sertifikatlar təqdim olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}