İsmayıllıda elektrik və qaz təchizatında olan mövcud problemlər dəyirmi masa ətrafında müzakirə olunub.-FOTO
Şəffaflıq.az xəbər verir ki, görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsinin rəisi, Azərişıq ASC Şimal-Qərb RETSİ-nin rəis müavini, RİH əməkdaşları, İsmayıllı Elektrik Şəbəkəsinin rəisi və İƏD üzrə nümayəndələr iştirak edib.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə gündəlikdə duran məsələlər müzakirə olunub. Bildirilib ki, sakinlərin qış aylarında elektrik və qaz təchizatında problemlər yaşamaması üçün vaxtında araşdırmalar aparılmalı, mövcud problemlərin həlli istiqamətində işlər görülməlidir.
Əlavə olaraq kəndlərdə dəyişdirilməsi vacib olan işıq dirəkləri və transformatorların yaxın gələcəkdə yenilənməsi, kəndlərin qazlaşdırılması nəzarətə götürülüb.
Qeyd edək ki, görüşün əsas məqsədi sakinlərin problemlərini aidiyyəti üzrə təşkilat rəhbərləri ilə yerində müzakirə etməkdən və həlli istiqamətində operativ işlər aparmaqdan ibarət olub.Bu məqsədlə İƏD üzrə nümayəndələrlə aidiyyəti təşkilatların qarşılıqlı qaydada işləmələri həmçinin ümumi problemlərlə əlaqədar arayış hazırlanaraq aidiyyəti qrumlara göndərilməsi qərara alınıb.
Onu da qeyd edirik ki, bu kimi görüşlər digər xidmət təşkilatları ilə də mütəmadi qaydada təşkil olunacaq.
Dəyanət İsmayılov.
Şəffaflıq.az
Facebook-da paylaş