Gənclər Təşkilatları Milli Şurasının XVIII Hesabat-Seçki Qurultayı keçirildi


 

Noyabrın 30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ölkənin ən böyük gənclər platforması, 143 üzv gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVIII Hesabat - Seçki Qurultayı keçirilib.

Qurultayda rəsmi şəxslər, beynəlxalq və yerli təşkilatların, Milli Şuraya üzv olan gənclər təşkilatlarının səlahiyyətli təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

NAYORA-nın sədri Azər Əliyev çıxışına “Biz artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi nəticəsində qalib ölkənin gəncləri olaraq daha qürurlu və məğruruq” sözləri ilə başlayıb, təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurduğunu xüsusilə qeyd edib. Daha sonra Milli Şuranın 2020-2021-ci illər üzrə fəaliyyət hesabatı təqdim olunub.

Təqdimatın ardınca Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək şanlı zəfərimizdə istər ön, istərsə də arxa cəbhədə gənclərin bu qələbəyə mühüm töhfə verdiklərini vurğulayaraq, gənclərin cəmiyyətdəki rolundan danışıb, Milli Şuranın Gənclər Fondu ilə əməkdaşlığı nəticəsində həyata keçirilən uğurlu layihələri qeyd edib.

Rəsmi hissə başa çatdıqdan sonra XVIII Hesabat-Seçki Qurultayının iştirakçılarının səsverməsi nəticəsində Azər Əliyev Milli Şuranın yeni sədri seçilib, İdarə Heyətinin, Mərkəzi Nəzarət - Təftiş Komitəsinin üzvləri və sədr müavinləri müəyyənləşib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}