Bu gün YAP-ın qurultayı başlayıb

 

Bu gün 05 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Şəffaflıq.az Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}