Fəzail Ağamalı növbəti dəfə Ana Vətən Partiyasının sədri seçilib.

   Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.
Şəffaflıq.az-ın məlumata görə, qurultayda Fəzail Ağamalı növbəti dəfə Ana Vətən Partiyasının sədri seçilib.
Bundan əlavə, Elçin Ağamalı partiya sədrinin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini, Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyətinin sədri, Səbinə Kərimova Qadınlar Şurası İdarə Heyətinin sədr müavini seçilib.
Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}