Arif Hacılı yenidən Müsavat başqanı seçilib

 Bu gün Müsavat partiyasının IX qurultayı keçirilib.
Şəffaflıq.az xəbər verir ki, “Büllur” sarayında baş tutan qurultayda partiyanın hazırki sədri Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı Müsavat başqanı olmaq uğrunda mübarizə aparıblar.

Qurultayda çıxışlar başa çatdıqdan sonra səsvermə olub. Səsvermənin nəticələrinə görə, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı 20, Arif Hacılı isə 262 səs toplayıb.Metbuat.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}