Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçilib
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.
"Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir", - nazirlikdən bildirilib.
Şəffaflıq.az
Facebook-da paylaş