Əsas Səhifə > SİYASƏT > Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçilib
Azərbaycan YUNESKO-nun daha bir komitəsinə üzv seçilib2-12-2021, 09:13 |
![]() Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib. Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib. "Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir", - nazirlikdən bildirilib. Şəffaflıq.az Geri qayıt |