İran İslam Respublikası və Fransa prezidentləri arasında telefon danışığı baş tutub.

 

İran İslam Respublikası və Fransa prezidentləri arasında ötən gecə telefon danışığı baş tutub.

Şəffaflıq.az xəbər verir ki, İRNA-nın məlumatına görə, tərəflər arasında bir saat yarım davam edən telefon danışığında İran İslam Respublikası və Fransa arasında ikitərəfli məsələləri, həmçinin İran və Qərb ölkələri arasında Vyanada davam edən nüvə müzakirələrini barədə fikir mübadiləsi edilib.
Fransa prezidentinin telefon danışığı zamanı "COVİD-19" xəstəliyinin yeni aspekti üzrə birgə əməkdaşlığa çağırması İran prezidenti tərəfindən müsbət qarşılanıb.
Ayətullah Doktor Seyid İbrahim Rəisi telefon danışığında deyib: "İran həmişə nüvə məsələsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın sadiqliyini dəfələrlə təsdiqləyib".
Prezident Vyanada İranın danışıqlar qrupunun rəhbəri ilə söhbətinə və məsələlərin həlli üçün aydın perspektivlərə toxunaraq deyib: "Əgər amerikalılar sanksiyaları qaldırsalar və avropalılar da öz öhdəliklərini yerinə yetirsələr, İranın bu məsələ ilə bağlı öhdəlikləri yerinə yetirməsindən narahat olmayın. Çünki biz öz öhdəliklərimizə sadiq olduğumuzu təcrübədə dəfələrlə göstərmişik".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}