Ərdoğan üç ölkənin prezidentləri ilə telefonla danışıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni, İran Prezidenti Seyid İbrahim Rəisi və Toqo prezidenti For Essozimna Qnassinqbe ilə telefonla danışıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, R.T.Ərdoğan Türkiyədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.
İran Prezidenti ilə telefon söhbətində isə R.T.Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.
Sonra Rəcəb Tayyib Ərdoğan Toqo prezidenti For Essozimna Qnassinqbe ilə telefon danışığı keçirdi.
Qnassinqbe ilə görüşündə Türkiyənin dövlət başçısı, Türkiyə ilə Toqo arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına təsir edəcəyini deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}