Ərdoğan göstəriş verdi: DDK xarici valyutada manipulyasiya iddiasını araşdıracaq
Dövlət Nəzarət Şurası (DDK) prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə xarici valyutanın manipulyasiyası ilə bağlı iddiaları araşdıracaq.
Şəffaflıq.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan DDK-ya məzənnə ilə bağlı manipulyasiya olub-olmadığını araşdırmaq, varsa, məsələni lazımi yerlərə çatdırmaq və müvafiq qurumlarla iş aparmaq tapşırıb.
DDK valyuta məzənnələrində manipulyasiya olub-olmadığını müəyyən etmək üçün müvafiq qurumlardan məlumat və sənədlər tələb edə biləcək.
Araşdırmanın sonunda hazırlanacaq hesabat əlaqədar qurumlarla paylaşılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş