Əsas Səhifə > SİYASƏT / REGİON > Ərdoğan göstəriş verdi: DDK xarici valyutada manipulyasiya iddiasını araşdıracaq
Ərdoğan göstəriş verdi: DDK xarici valyutada manipulyasiya iddiasını araşdıracaq27-11-2021, 17:46 |
Dövlət Nəzarət Şurası (DDK) prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə xarici valyutanın manipulyasiyası ilə bağlı iddiaları araşdıracaq. Şəffaflıq.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan DDK-ya məzənnə ilə bağlı manipulyasiya olub-olmadığını araşdırmaq, varsa, məsələni lazımi yerlərə çatdırmaq və müvafiq qurumlarla iş aparmaq tapşırıb. DDK valyuta məzənnələrində manipulyasiya olub-olmadığını müəyyən etmək üçün müvafiq qurumlardan məlumat və sənədlər tələb edə biləcək. Araşdırmanın sonunda hazırlanacaq hesabat əlaqədar qurumlarla paylaşılacaq. Geri qayıt |