Ağsuda gənc oğlan küçə itlərinin hücumuna məruz qalıb.

Ağsuda gənc oğlan küçə itlərinin hücumuna məruz qalıb.
Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Padarqışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 17 yaşlı Abbasəliyev Pərvin İlqar oğlu həyətdə işləyərkən küçə itləri ona hücum edib.
Ağır xəsarət alan gənc ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}