Qaxda gənc oğlan özünü asdı - SON ANDA....

 

Qax rayonunda intihara cəhd edən 21 yaşlı gənc son anda yaxınları tərəfindən xilas edilib.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 29-u axşam saat 23 radələrində rayonun Marsan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Heydər Vaqif oğlu Əliyev intihar etmək məqsədi ilə özünü yaşadığı kəndin ərazisində ağacdan asıb. H.Əliyev son anda yaxınlarının köməkliyi ilə xilas edilib.

O, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}