Bakıda evdən 15 min manatlıq oğurluq edən şəxs tutulub

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutlaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6 000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əmədaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb.
Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
"Vüsal Rzayev və Orxan Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər"

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}