Şamaxıda evlərdən qızıl və pul oğurlayan şəxslər yaxalanıblar

 

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3000 ABŞ dolları və 1600 manat pulun oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub. 


Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}