Şəhid Orxan Cabbarov dəfn edilib

 Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.
Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.
Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.
Allah rəhmət etsin!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}