Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.
Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}