Əsas Səhifə > Hadisə > Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var


16-11-2021, 13:14
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.
Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt