"Əlimə keçən hər şeyi çoxaltmaq kimi xasiyyətim var" Hətta "Azərsu"nun mənə 180 manat borcu var.

Sözümü heç kim yozmasın, haçalamasın. Bəziləri kimi keçmişimi danmıram, nə də utanmıram. Bu gün bir tanışım, iş adamı ilə həmsöhbət oldum. Hal-əhval tutduq. Ona dedim ki, xroniki vərdişim var, heç cür tərk edə bilmirəm. Belə ki, mən yoxsulluq görmüşəm deyə, hər an əziyyətli günlərim qayıdar qorxusu ilə yaşayıram.
 
Şəffaflıq.az xəbər verir ki,bu sözləri xına mərasimlərinin aparıcısı kimi məşhurlaşan qiraətçi Nazilə Səfərli instaqramda yazıb. Sənətçi etiraf edib ki, yoxsulluq qorxusu onu qənaət etməyə məcbur edir:
 
"Daim əlimə keçən hər şeyi saxlamaq, çoxaltmaq kimi xasiyyətim var. Süfrədə qalan çörəyi belə buzluqda dondururam ki, birdən sabah çörəyim olmasa, əlimdən tutar. Meyvələri bol quruduram. Yeməsəm də, eybi yox, əsas ehtiyatım olsun. Sabunu, şampunu, yuyucu tozları on-on alıram. İşıq, qaz pulu, kommunal xərci çox yükləyirəm ki, birdən sabah olmaz, hətta "Azərsu"nun mənə 180 manat borcu var.
 
Bunları danışarkən iş adamına da sual verirəm ki, sənin keçmişini bilmirəm, amma maraqlıdır, sənin hansı xroniki vərdişin var? İş adamı dedi ki, bu gün Bakıda on böyük restoranın, hotellərin, iş mərkəzinin sahibiyəm. İmkanım yetdiyi qədər yardım edirəm, yemək paylayıram, saysız süfrələr açıram. Gəl bax ki, heç vaxt kababı isti yemirəm, yeyə bilmirəm. Bu, məndə xroniki vərdişdir, çünki ofisiantlıqdan gəlmişəm... Düzü çox duyğulandım, həm də qürurlandım. Allah adama gərək naxış da verə. Hədəfin olmasa, geriyə sayarsan".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}