Onlar dünyadan bu üç şeyi sevdilər - Bəs sən?
İnsan nəyi sevirsə, nəyə rəğbəti çoxdursa həmin şey insanın ruhiyyəsində dərin təsir buraxır. Yoldaşlar da bu cürdür. Kim kimi bəyənərsə, kimlə yoldaşlıq edə bilirsə demək onları birləşdirən cəhətlər vardır.
Şəffaflıq.az islaminsesi.info-ya istinadən bildirir ki, istər rəğbət bəslədiyi kəs olsun, istərsə də əməllər olsun bütün bunlar vücud baxımından daima insanla birgə olmasada, qəlbinin və ruhunun dərinliyində xüsusi, özünə məxsus yeri vardır.
Allah Təalanın dininə və dostlarına olan rəğbət də bu cürdür. Kimin rəğbəti Allahın dininə və dostlarına olsa, həmin kəs dünya və axirətdə rəbbinə yaxın məqamda olar.
" Bir gün Allah Rəsulu (s) soruşdu: Ya Əli dünyadan nəyi sevdin?
Əli (ə): Dünyadan 3 şeyi sevdim Ya Rəsuləllah (s) qonağa xidməti, yayın orucun, Allah düşmənləri ilə qılıncla vuruşmağı.
Sonra Peyğəmbər Əbu Zərrdən: Sən nəyi sevdin ya Əba Zərr deyə soruşdu.
Əbu Zərr: Dünyada 3 şey mənə daha sevimlidir: Aclıq, xəstəlik və ölüm.
Peyğəmbər: Nə üçün?
Abu Zərr: Aclıq qəlbi riqqətə gətirir, xəstəlik günahları yüngülləşdirir, ölüm isə insanı rəbbinə qovuşdurur.
Bu zaman Cəbrail (ə) nazil olub salam verir və deyir:
Mən də 3 şeyi sevdim: Risalət xəbərlərini gətirməyi, əmanəti qorumağı, bir də kasıbları.
Bunları deyib gedir. Bir az sonra yenə nazil olub salam verib deyir:
Allah sizə salam göndərir və sizin dininizdən 3 şeyi sevdiyini buyurur:
Zikr edən dili, qorxan qəlbi (Allahdan) və bəlalara səbr edən bədəni.
Bu hədisin mövzusu ibrət və əxlaqi bir mövzüdadır. İnsanı düşünməyə, nəyə rəğbət bələyəcəyinə diqqət etməsinə çağırır və yoxsulluq, aclıq və xəstəliklər kimi müxtəlif çətinliklər zamanı səbirli olmağı, üsyan etməməyi, hər bir hadisədə ilahi hikmət axtarmağı, hadisələrdən ibrət dərsi almağı öyrədir.
ŞƏFFAFLIQ.AZ
Facebook-da paylaş