Bakıda ev tikintisi zamanı uçqun olub, fəhlə betonun altında qalıb
Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalıb.
Xilasedicilərinin çevikliyi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş xəsarətlərlə uçqun altından xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Facebook-da paylaş