8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
8 Noyabr–Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
08.11.2021-сi il tarixdə şəhidlər xiyabanının ziyarət olunması ilə başlanan tədbir, Şəhidlər xiyabanının ətrafında ağacəkmə aksiyası ilə davam etmişdir. Daha sonra tədbirin rəsmi hissəsi Şamaxı rayon Heydər Əliyev parkında təşkil olunmuşdur.
Tədbir çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallar və ordenlərlə təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə orden və medalların təqdim olunma mərasimi keçirilmişdir.
Facebook-da paylaş
