Şamaxı şəhər 10 saylı tam orta məktəbin məzunu şəhid Orxan Fikrət oğlu Salehovun anım mərasimi və Zəfər Günü münasibətilə tədbir keçirilmişdir._FOTO

05.11.2021- ci il tarixində Şamaxı şəhər 10 saylı tam orta məktəbin məzunu şəhid Orxan Fikrət oğlu Salehovun anım mərasimi və Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.

 Şəffaflıq.az xəbər verir ki,tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eldarova Həbibə şəhid valideynlərini və qonaqları salamlamış Orxanın məktəb illərindən söz açmışdır.






Məktəblilərin çıxışları ilə şəhidlərimiz haqqında şeir kompazisyası keçirilmişdir.



 Sonra şəhər 10 saylı məktəbin önündə asılmış şəhidin xatirə lövhəsinin açılışı olmuşdur.

Daha sonra Şamaxı şəhər 10 saylı tam orta məktəbin müəllim və şagirdlər, Təhsil şöbəsinin nümayəndələri, Rayon Gənclər və idman idarəsi, Şəhidin valideyinləri, Qazilər və müharibə veteranları və ictimaiyyət nümayəndələri  Şamaxı "Yeddi Gümbəz" qəbirstanlığında  şəhid Salehov Orxan Fikrət oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Gümbəz qəbiristanlığında dəfn olunub.
Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra"Vətən uğrunda"medalı ilə təltif edildi.
 Azərbaycanın Laçın Rayonununişğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Orxan Salehov 1999-cu il noyabrın 14-dəŞamaxı  şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vahid İsmayılov.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}