Şamaxı YAP Gənclər Birliyi Ordu günü münasibətilə tədbir keçirib

 

Bu gün 26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar Şamaxı Yap Gənclər Birliyinin Zoom proqramı vasitəsilə onlayn tədbiri həyata keçirildi. Tədbirdə Şamaxı rayon təhsil işçiləri, Mədəniyyət işçiləri, Hərbi hissənin əməkdaşları, Səhiyyə işçiləri, Şəhid ailələri, Qazilərimiz və KİV iştirak etdilər.

Tədbiri giriş sözü ilə açıq elan edən Şamaxı Yap Gənclər Birliyinin sədri Məmmədova Nuranə Ordumuzun qüdrətindən və qələbəmizdən danışdı. Sonra söz Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru Rəqsanə xanım Xəlilovaya verildi. Rəqsanə xanım Ordu Quruculuğu, Silahlı Qüvvələrin yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. 

Daha sonra Şamaxı rayon N saylı hərbi hissənin əməkdaşı Ağalar Zamanov ordumuzun gücü, qüdrəti barədə məlumat verdi. 

Sonra söz İsmayılov Vahid müəllimə verildi. Bildirim ki, Vahid bəy Birinci Qarabağ döyüşçüsü olub. Vahid İsmayılov öz çıxışında şəhidlərimiz və qazilərimizlə fəxr etdiyini, Ali Baş Komandanın əmrinə hər zaman hazır olduğunu bildirərək, bundan sonra da Vətənin müdafiəsinə hazır olduğunu söylədi. Tədbirdə şəhid ailələri iştirak edirdi. Şəhid ailələrindən şəhidimiz Orxan Nəbiyevin atası Rza Nəbiyev, Tərlan Amanalıyevin həyat yoldaşı Ülviyyə Amanalıyeva şəhidlərimizin igidliyi, cəsurluğu haqqında çıxış etdilər. 

Qeyd edim ki, bu gün şəhidlərimizə dövlətimiz tərəfindən qiymət verilir. Bu gün şəhidlərimiz medallarla təltif ediliblər. 

Tədbirdə qazilərimiz də iştirak etdilər. Qazimiz Həsənov Ruslan və Ağayev Etibar İkinci Qarabağ müharibəsi zamanı göstərdikləri igidliklərdən danışdılar. Onlar şəhid ailələri qarşısında baş əydiklərini, onlara minnətdar olduqlarını bildirdilər.

Tədbirdə Şamaxı rayon 9 saylı tam orta məktəbin şagirdi Lalə Haydımova və Avropa liseyin şagirdi Nurlan Haydımov "Xudayar" təsnifini səsləndirdilər.

Sonra Şamaxı rayon İkinci Cabanı Tam Orta məktəbin şagirdi Xalidə Əzizova, Şamaxı rayon Qaravəlli kənd tam orta məktəbin şagirdi Aygün Musayeva, Şamaxı rayon Şəhriyar Qəsəbə tam orta məktəbin şagirdi Gülbahar Sərxanova, Şamaxı rayon 6 saylı tam orta məktəbin şagirdi Gülər Ağayeva şeirlər səsləndirdilər. 

Silahlı Qüvvələr Günümüz Mübarək!


  

 






 

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}