“Azəriqaz” Novxanı kəndində sahibkarlar və abonentlərin problemlərini dinləyib

  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Abşeron rayonunun Novxanı kəndində baş tutub.
Şəffaflıq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, görüşdə “Azəriqaz” İB-nin Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkarların problem və müraciətlərini dinləyiblər.
Əvvəllər “Azəriqaz” İstehsalat Birliyinin abonenti olmuş, lakin sonradan təbii qazdan istifadə etmədiyi üçün qaz təchizatı dayandırılmış vətəndaşlar yenidən istixana fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirərək, onlara məxsus istixanalara təbii qazın verilişinin bərpa olunmasını xahiş ediblər. Vətəndaşlara mövcud prosedur qaydalar izah olunub və Birliyin bu istiqamətdə onlara hər zaman kömək etməyə hazır olduğu bildirilib. “Səyyar qəbul otağı”nın imkanlarından sahibkarlarla yanaşı, abonentlər də istifadə ediblər. Çıxış edənlər payız-qış mövsümündə bəzi hallarda qaz təzyiqinin aşağı olmasını bildiriblər. Ünvanlanan şikayətlərin, yaranan problemlərin araşdırılaraq həllini tapması üçün bütün müraciətlər qeydə alınıb.
Qeyd edək ki, Birlik rəhbərliyi istər vətəndaşlar, istərsə də sahibkarlarla mütamadi olaraq görüşlər keçirir, onların problemləri ilə maraqlanır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}