Fransada qatar mühacirləri vurub, ölən və yaralananlar var

 Fransanın Pa-deKale departamentində yerli marşrut istiqamətində hərəkət edən qatar mühacirləri vurması nəticəsində 1 miqrant ölüb, 3-ü yaralanıb.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə O-de-Frans regionunun hərəkət vasitələri üzrə sədr müavini Frank Dersen tviter səhifəsndə bildirib.
Onun sözlərinə görə, hadisəni Bo-Mare dairəsində yerli TER qatarı törədib: “Ölən və yaralananlar Eritreyadan olan miqrantlardır”.
F.Dersen vurğulayıb ki, yağışlı havada mühacirlər dəmiryolu ilə hərəkət edirmiş: “Yol yaxşı işıqlandırılmadığından onlar qatarın gəldiyini, maşinist isə mühacirləri görməyib”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}