Bakı metrosunda həyəcan siqnalı işə düşüb, qatarlardan biri boşaldılıb
"Report" xəbər verir ki, hadisə bu gün 18:50 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında baş verib.
Belə ki, "Həzi Aslanov - Dərnəgül" istiqamətində hərəkət edən qatarın nasazlıq nəticəsində qapıları bağlanmayıb. Daha sonra isə sərnişinlərdən qatarı tərk etmək tələb olunub. Boşaldılan qatar Depoya yola salınıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında faktı təsdiq edib:
"Hadisə sərnişinlərdən birinin vaqonda olanda yalnız fövqəladə hallar zamanı sıxılması nəzərdə tutulan düyməni sıxması səbəbindən baş verib. Təlimata görə, stansiyada qatar boşaldılıb. Artıq növbəti stansiyada qatara baxış keçirilib və heç bir problem aşkar olunmayıb. Bu səbəbdən də "İnşaatçılar" stansiyasında qatara yenidən sərnişinlər mindirilib. Hadisə nəticəsində qrafikdə heç bir gecikmə olmayıb".
Facebook-da paylaş