Dünya çempionatı: Azərbaycanın 5 yunan-Roma güləşçisi məğlub olub
Şəffaflıq.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisi Poya Dad Marza uduzub.
63 kq-dakı Həsən Məmmədli 1/8 final mərhələsində moldovalı Korneliu Rusuya yenilib. Qurban Qurbanov (77 kq) ilk mərhələdə Bolqarıstan idmançısı Zlatomir Emilova vaxtından əvvəl qalib gəlsə də, 1/8 finalda məğlubiyyətlə üzləşib.
Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçi Mario Vukoviçə məğlub olub. Sərxan Məmmədov (130 kq) isə ilk görüşdə Çilidən olan Dieqo Almendrasa "tuşe" ilə qalib gəlib. Lakin 1/4 finalda Macarıstan təmsilçisi Dariuş Vitekə uduzub.
Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.
55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*
63 kq
1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5
77 kq
1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0
1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5
87 kq
1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8
130 kq
1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili) 4:0 (tuşe)
1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4
Facebook-da paylaş