Əsas Səhifə > İdman > Dünya çempionatı: Azərbaycanın 5 yunan-Roma güləşçisi məğlub olub
Dünya çempionatı: Azərbaycanın 5 yunan-Roma güləşçisi məğlub olub1-11-2021, 17:34 |
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb. Şəffaflıq.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb. Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisi Poya Dad Marza uduzub. 63 kq-dakı Həsən Məmmədli 1/8 final mərhələsində moldovalı Korneliu Rusuya yenilib. Qurban Qurbanov (77 kq) ilk mərhələdə Bolqarıstan idmançısı Zlatomir Emilova vaxtından əvvəl qalib gəlsə də, 1/8 finalda məğlubiyyətlə üzləşib. Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçi Mario Vukoviçə məğlub olub. Sərxan Məmmədov (130 kq) isə ilk görüşdə Çilidən olan Dieqo Almendrasa "tuşe" ilə qalib gəlib. Lakin 1/4 finalda Macarıstan təmsilçisi Dariuş Vitekə uduzub. Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar. 55 kq 1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1* 63 kq 1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5 77 kq 1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0 1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5 87 kq 1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8 130 kq 1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili) 4:0 (tuşe) 1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4 Geri qayıt |