Azərbaycanda heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq
Şəffaflıq.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə əksini tapıb.
Müvafiq qanun layihəsinə əsasən, sözügedən dövlət rüsumu qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat, qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat, diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat, hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat, içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat, balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat, yumurta (topdansatış — 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat, yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat, süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat, arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub.
Facebook-da paylaş