Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq
Azərbaycanda heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq1-11-2021, 12:00 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə əksini tapıb. Müvafiq qanun layihəsinə əsasən, sözügedən dövlət rüsumu qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat, qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat, diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat, hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat, içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat, balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat, yumurta (topdansatış — 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat, yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat, süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat, arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub. Geri qayıt |